Süni intellekt zəhərli göbələkləri yeməli göbələklərlə qarışdırdı

Yaponiyanın Nara şəhərində yaşlı bir kişi zəhərli göbələk yedikdən sonra xəstəxanaya yerləşdirilib.
Sfera.az bildirir ki, süni intellekt səhvən göbələkləri yeməli kimi müəyyənləşdirib.
70 yaşlı bir kişi vəhşi göbələk toplayarkən şiitake və ya pleurotus imbricatus olduğuna inandığı bir növə rast gəlib. Ertəsi gün o, tapıntısını yerli botanika bağındakı mütəxəssislərə göstərmək istəsə də, işçilər orada olmayıb. Gözləmək istəməyən kişi göbələklərin şəklini çəkib süni intellekt xidmətinə yükləyib. Süni intellekt onun ehtimallarını doğruldub:
"Göbələklər ya şiitake, ya da pleurotusdur və yeməlidirlər".
Süni intellekt xidmətinin cavabına güvənən kişi göbələkləri qızardıb yeyib. Yarım saat ərzində şiddətlə qusmağa başlayıb və təcili olaraq xəstəxanaya aparılıb. Xoşbəxtlikdən simptomlar müvəqqəti olub və o, tam sağalıb.
Vakayama Təbiət Tarixi Şöbəsi və şəhərin ictimai səhiyyə şöbəsi tərəfindən aparılan müayinə nəticəsində göbələklərin tsukiyotake - daha çox yayılmış yeməli növlərlə qarışdırılan zəhərli göbələk olduğu müəyyən edilib.
Mütəxəssislər xatırladırlar ki, tsukyoyotake qəlsəmələrin altındakı gövdədə qaldırılmış, halqa şəkilli qalınlaşma ilə müəyyən edilə bilər. Bəzən qapağın içərisində tünd ləkələr görünür, amma bu da hər zaman olmaya bilər. Göbələklər bişirildikdən sonra belə təhlükəli olaraq qalır.
Lakin, bu məlumatlara baxmayaraq, ictimai səhiyyə şöbəsi qeyd edir ki, göbələkləri müstəqil şəkildə müəyyən etmək qəti şəkildə tövsiyə edilmir - istər illüstrasiyalı istinad kitablarından, istərsə də süni intellektdən istifadə etməklə. Tapıntılar yalnız mütəxəssislər tərəfindən yoxlanılmalıdır.
Aynil
