Qadın və kişilərdə qısqanclıq anlayışı fərqli olurmuş

Xarici psixoloji mərkəzlər tərəfindən aparılan araşdırmalar qadın və kişilərdə qısqanclığın yaranma səbəblərinin fərqli olduğunu ortaya çıxarıb.
Sfera.az xəbər verir ki, nəticələrə görə, hər iki cins eyni emosiyanı yaşasa da, qısqanclığın mexanizmi və reaksiyaları tamamilə fərqli şəkildə formalaşır. Mütəxəssislərin araşdırması göstərir ki, kişilər daha çox seksual xəyanət ehtimalına, qadınlar isə emosional xəyanət riskinə həssasdır.
Bu qənaət ABŞ-li psixoloq David Bussun apardığı geniş tədqiqatda təsdiqlənib. Kişilər rəqibin fiziki gücü və sosial statusu yüksək olduqda daha çox qısqanır. Qadınlar isə daha cazibədar və emosional təsir gücü olan rəqiblərdən narahat olur. Tədqiqatçılar qeyd edir ki, qısqanclıq yalnız bioloji cinslə deyil, sosial və psixoloji gender rolları ilə də bağlıdır. Feminin davranış tiplərinə sahib şəxslər (istər qadın, istər kişi) qısqanclıq zamanı münasibəti qorumağa daha çox cəhd edir, maskulin tiplər isə emosiyanı davranışla göstərir.
Fidan Hacızadə
Sfera.az
