“Kainat gözəli 2025" qalmaqalı: İştirakçılar titullarından imtina edirlər

"Kainat gözəli 2025" qalmaqalı: İştirakçılar titullarından imtina edirlər
Kateqoriya məlum deyil
T

Nüfuzlu beynəlxalq gözəllik müsabiqəsi "Miss Universe 2025" (Kainat gözəli) Fatima Boşun mübahisəli qələbəsindən sonra yeni bir qalmaqal dalğası ilə üzləşib.

 


Sfera.az bildirir ki, nəticələrin saxtalaşdırılması ittihamlarından sonra iki titullu iştirakçı - Estoniya və Kot-d'İvuardan olan nümayəndələr taclarından açıq şəkildə imtina ediblər.

Modellər sosial mediada açıqlamalarını paylaşaraq, bu addımın onların şəxsi mövqelərinin və qadınların hüquqlarının qorunmasına sadiqliklərinin nümayişi olduğunu qeyd ediblər.

Estoniya Nümayəndəsinin İstefası

28 yaşlı Brigitta Şabak, milli müsabiqənin direktoru ilə fərqli dəyərlər və iş etikası səbəbindən 2025-ci il "Kainat Gözəli Estoniya" tacından imtina etmək qərarını açıqlayıb.

"Mənim çağırışım qadınlara səlahiyyət verməkdir. Mən bu işi müstəqil şəkildə, "Kainat Gözəli Estoniya" ilə heç bir əlaqə olmadan davam etdirəcəyəm"- deyə model bildirib.

Estoniya müsabiqəsinin təşkilatçıları öz növbələrində hər hansı şəxsi münaqişəni inkar etsələr də, Şabakın ictimai açıqlamalarının peşəkar protokollara uyğun olmadığını qeyd ediblər.

Afrikalı nümayəndə də buna qarşıdır

Bu arada, ilk beşliyə daxil olan və 2025-ci il "Kainat Gözəli Afrika və Okeaniya" tituluna layiq görülən Oliviya Yase də yarışmadan imtina edib.

"Çətinliklərə baxmayaraq uğur qazana biləcəyimə əmin oldum.Bu yolda davam etmək üçün dəyərlərimə sadiq qalmalıyam: hörmət, ləyaqət, mükəmməllik və bərabər imkanlar"- deyə Yase qərarını izah edib.

Olivia Yase ilk beş iştirakçı arasında yer alıb və 2025-ci il "Kainat Gözəli Afrika və Okeaniya" mükafatını qazanıb.

Xatırladaq ki, 2025-ci il "Kainat Gözəli" ilə bağlı qalmaqallar daha əvvəl, münsiflər heyətinin üzvü Omar Harfouch və keçmiş "Kainat Gözəli" Natalie Glebova səsvermənin saxtalaşdırılması ehtimalını iddia etdikləri zaman başlamışdı.

 

 

Aynil

Gallery image 1
Thumbnail 1
PAYLAŞ