Dünyanın ən varlı insanının rejimi - İlon Maskla bağlı bilmədiklərimiz

Dünyanın ən zəngin insanı olan “Tesla”, “SpaceX”, “Xaı” və “X”in sahibi İlon Maskın gündə neçə saat çalışdığına dair yeni məlumatlar açıqlanıb.
Sfera.az xəbər verir ki, “X”in keçmiş rəhbərlərindən Kris Bakke sosial şəbəkədə Maskın iş rejimi barədə detalları paylaşıb.
Onun sözlərinə görə, 54 yaşlı milyarder səhərlər “Tesla”da keçirilən iclaslarla iş gününə başlayır. Günün ikinci yarısında isə Mask “X” platformasındakı rəhbərlik fəaliyyətinə keçir. Axşam saat 22:00-da başlayan görüşlər bəzən gecə 01:00-a qədər davam edir.
Məlumatlara görə, Mask həftənin yeddi günü fasiləsiz işləyir və gündəlik iş saatları orta hesabla 17 saata çatır. O, bu müddətdə sahibi olduğu “Tesla”, “xAI”, “X” və “SpaceX”in rəhbər heyətləri ilə ardıcıl görüşlər keçirir.
“Forbes”un yenilənmiş reytinqinə əsasən, təxminən 415,6 milyard dollarlıq sərvəti ilə İlon Mask dünyanın ən varlı insanı olaraq qalır. Onun ağır iş qrafikini isə günün müxtəlif saatlarında etdiyi qısa yuxular balanslaşdırır.
Açıqlanan məlumatlar Maskın iş fəaliyyətinin intensivliyini bir daha ortaya qoyub.
Bəsti Rəfizadə
Sfera.az






