Lüks toy gündəm yaratdı — Trampın oğlu qonaqlar sırasında

Donald Tramp Jr. gözlənilmədən hind əczaçılıq maqnatının qızı Netra Mantenanın toyunda görülüb. ABŞ prezidentinin oğlunun şənlikdə iştirakı sosial mediada fotolar yayıldıqdan sonra məlum olub.
Sfera.az bildirir ki, Hindistanlı milyarderin qızı və texnologiyaya maqnatının Ceyms Bond filmində yer alan sarayda keçirilən dəbdəbəli toyu bütün dünyanın gündəm mövzusu olub. Lopez Netra Mantenanın toyunda əsas qonaq, Donald Jr. və sevgilisi Bettina Anderson isə fəxri qonaq olublar.
Ceniffer Lopez Netra Mantenanın toyunda çıxış edib.
Hindistanlı əczaçılıq maqnatının qızı Netra bu həftə Udaipurda keçirilən dəbdəbəli toyda texnologiya sahibkarı Vamsi Qadiraju ilə evlənib.
Lopez Donald Jr. və sevgilisi Bettina Andersonun da qatıldığı dəbdəbəli toyda həm qonaq, həm də ifaçı olub.
Digər məşhur qonaqlar arasında aktyor Ram Charan, britaniyalı müğənni və aktrisa Sofi Çoudhuri və Nora Fatehi kimi Bollivud ulduzları da olub.
Toyda dəbdəbəli saray formalı tort təqdim edilib. Ramaraja Mantenanın qızı Netra Mantenanın və Vamsi Qadirajunun toy mərasimləri Udaipurun Tac Gölü Sarayında və Caqmandir Adası Sarayında keçirilib. Qeyd edək ki, bu iki məkan toy mərasimləri üçün ən bahalı məkanlardan biri hesab olunur.
Mantenanın Udaipurdakı toyu təxminən 7 milyon dollara başa gəlib.
Yerli medianın məlumatına görə, təxminən 6,7 milyon dollarlıq toy xərci yerli sakinlər tərəfindən qəzəbə səbəb olub və xoşbəxt cütlüyü pulu israf etməkdə tənqid ediblər.
Lopez rəqs edərkən, Donald Jr. və Bettina şənlik boyu gülümsəyib.
Onu da qeyd edək ki, Donald Tramp Jr. Bettina ilə evlənməyi planlaşdırır. Əsas arqumentlərdən biri də ABŞ prezidentinin onu bəyənməsidir.
"Atası onu çox sevir. Donald Jr. onu Ağ Evin ən nüfuzlu qalasına qürurla gətirib"- deyə mənbə bildirib.
Bəs milyarder Ramaraju Mantena kimdir?
Hind-amerikalı sahibkar Ramaraju Mantena, Floridada yerləşən və mərkəzi ofisi Orlandoda yerləşən “Ingenus Pharmaceuticals” şirkətinin təsisçisi, sədri və baş direktorudur. Şirkət xərçəng və ruhi xəstəliklərin müalicəsi üçün dərmanlar da daxil olmaqla, ümumi dərmanların istehsalında ixtisaslaşıb.
İllər ərzində Mantena Amerika əczaçılıq sənayesində görkəmli bir şəxsə çevrilib. O, onkologiya sahəsində aparıcı qrup satınalma təşkilatı olan Beynəlxalq Onkologiya Şəbəkəsini (ION) və ABŞ-da onkologiya müalicəsinə həsr olunmuş ilk ixtisaslaşmış apteklərdən biri olan “OncoScripts”i təsis edib.
Mantena Hindistanın cənubundakı Andhra Pradeş ştatının Vijayavada şəhərində anadan olub, lakin sonradan ABŞ-a köçüb.
2023-cü ildə onun təxminən 48 milyon dollar dəyərində dəbdəbəli Florida malikanəsi aldığı bildirilir. Bu geniş malikanədə 16 yataq otağı və özəl çimərlik var.
Aynil












