Ağıllı telefonlar bahalaşacaq

Ağıllı telefonlar bahalaşacaq
Kateqoriya məlum deyil
T

 

Süni intellekt texnologiyalarına artan tələbat 2026-cı ildə telefon qiymətlərində ciddi artıma səbəb ola bilər.

 

Sektor nümayəndələri DRAM və NAND yaddaş çiplərində yaranan qlobal çatışmazlığın yaxın illərdə daha da dərinləşəcəyini bildiriblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, böyük texnologiya şirkətlərinin “ChatGPT” kimi süni intellekt sistemləri üçün iri həcmli məlumat mərkəzləri və xüsusi avadanlıqlara sərmayə yatırması çip bazarında təchizat təzyiqini artırıb. Bu səbəbdən istehsalçılar telefonlar üçün lazım olan yaddaş komponentlərini əldə etməkdə çətinlik çəkirlər.

 

“Xiaomi”nin prezidenti Lu Veibinq vəziyyətlə bağlı xəbərdarlıq edərək bildirib ki, 2026-cı ildə yaddaş çiplərindəki çatışmazlıq 2024–2025-ci illərlə müqayisədə daha ağır olacaq. Onun sözlərinə görə, bu vəziyyət bütün modellərin pərakəndə satış qiymətlərinə birbaşa təsir edəcək və istifadəçilər əhəmiyyətli bahalaşma ilə üzləşəcəklər. Analitiklər çatışmazlığın əsas səbəbi kimi süni intellektin məlumat emalı üçün kritik əhəmiyyət daşıyan DRAM və NAND komponentlərinə rekord səviyyədə tələbatını göstərirlər.

 

Artan tələbi qarşılamaq üçün “Samsung” Cənubi Koreyada yeni çip istehsal zavodu tikməyi planlaşdırır. Lakin mütəxəssislər bunun qısa müddətdə bazardakı çatışmazlığı tam aradan qaldırmayacağını bildirib və 2026-cı il üçün qlobal istehsal proqnozlarını aşağı salırlar. Mütəxəssislərə görə, əgər mövcud dinamika dəyişməzsə, süni intellekt dəstəkli yeni nəsil smartfonların qiymətlərində ciddi artım qaçılmaz olacaq.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR