İçərisində sərnişinlər olan təyyarə "yoxa çıxdı" - Fotolar

İçərisində sərnişinlər olan təyyarə "yoxa çıxdı" - Fotolar
Kateqoriya məlum deyil
T

Aviasiya tarixi sirli yoxa çıxmalarla doludur, lakin 2003-cü ildə Luandada (Anqolanın paytaxtı) baş verən hadisə hələ də mütəxəssisləri çaşdırır və bir çox suallar cavabsız qalır. 


Müəammalı hadisə Quatro de Fevereiro hava limanından qaçırılan keçmiş “Boeing 727” sərnişin təyyarəsi ilə bağlıdır.

 

Sfera.az bildirir ki, bu qəribə hadisənin təfərrüatlarını təqdim edir.

 

25 may 2003-cü ildə iki kişi — amerikalı uçuş mühəndisi və pilot Ben S. Padilla və konqolu mexanik Con M. Mutantu — icazəsiz təyyarəyə mindilər. Pilot və mexanik hava hərəkəti dispetçerlərinin əvvəlcədən bildirişi və təsdiqi olmadan havaya qalxıb. Təyyarə əvvəllər “American Airlines” tərəfindən idarə olunub və hadisə baş verən zaman yenidən satış üçün təmir edilirdi.

 

Hava nəqliyyatı dispetçerlərinin əvvəlcədən təsdiqi olmadan təyyarə uçuş-enmə zolağına doğru hərəkət edib və onunla əlaqə saxlamaq cəhdlərinə məhəl qoymadan havaya qalxıb. İşıqlar söndürülüb və bu da izləməni daha da çətinləşdirib. Təyyarə sonuncu dəfə Atlantik okeanına doğru hərəkət edərkən görülüb və o vaxtdan bəri əlaqə saxlamaq mümkün olmayıb. Demək olar ki, təyyarə “havaya batıb”.

 

53.000 litr yanacaqla təchiz olunmuş Boeing 727 2400 kilometrə qədər məsafə qət edə bilir və bu da geniş mümkün istiqamətlər açmağa imkan verir. Lakin nə Padilla, nə Mutantu, nə də təyyarənin özü ilə bir daha əlaqə qurmaq mümkün olmayıb.

 

Təyyarə radarlardan yoxa çıxıb.


Ben Padillanın itkin düşməsindən sonra FTB tərəfindən yayımlanan fotosu


FTB və MKİ geniş araşdırmalar aparsalar da, heç bir əsas və ya inandırıcı dəlil tapılmayıb. Əsas versiyalara yenidən təyyarəni satmaq və ya sökmək üçün oğurluq, okean qəzası və hətta terrorçuluq əlaqəsi daxil idi. Lakin bu fərziyyələrin heç biri təsdiqlənməyib.

 

"Qardaşımı tanıyıram. O, qanunsuz heç bir işdə iştirak etməzdi"- deyə itkin düşənlərdən birinin qardaşı Co Padilla bildirib.

 

Bir çox mütəxəssis, o cümlədən aviasiya sənayesinin keçmiş işçiləri, təyyarənin uçuşdan qısa müddət sonra qəzaya uğradığına inanır. Lakin, təyyarənin qalıqlarının və ya radio siqnallarının olmaması sirri daha da artırır.

 

İyirmi ildən çox vaxt keçib və N844AA reysinin yoxa çıxması müasir dövrün ən müəmmalı aviasiya sirlərindən biri olaraq qalır.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR