Məşhur pop qanqster vəfat etdi - FOTOLAR

Məşhur pop qanqster vəfat etdi - FOTOLAR

İsveçin ən bədnam cinayətkarlarından biri olan Klark Olofsson 78 yaşında vəfat edib. O, 1973-cü ildə Stokholmun Norrmalmstorq meydanında bankı qarət etməklə məşhurlaşıb.  Bu hadisə zamanı girovlar cinayətkarlara rəğbət bəsləməyə başlayıblar ki, bununla da "Stokholm sindromu" termini yaranıb.


Sfera.az bildirir ki, Klark Olofsson İsveçin ən məşhur cinayətkarlarından və ilk pop qanqsterlərindən biri idi. 

 

Olofsson uzun sürən xəstəlikdən sonra iyunun 24-də Arvikdə xəstəxanada dünyasını dəyişib.

 

Klark Olofsson 1973-cü ildə Norrmalmstorq meydanında baş verən ən məşhur soyğun zamanı şəriki Janne Olssonla bir neçə nəfəri girov götürərək altı gün bankda saxlayıb. Zaman keçdikcə girovlar əsir götürənlərə irrasional bağlılıq nümayiş etdirməyə başlayıblar. 


Polis soyğunçuları yaxalayanda iki qadın "onlara toxunmayın - onlar bizə zərər vermədilər" - deyə qışqırıblar. Daha sonra girovlardan bəziləri hətta həbsxanada olan cinayətkarlara baş çəkiblər. Bu davranışa "Stokholm sindromu" deyilir.

 

Beləliklə, Olafsson və Olsson tərəfindən törədilən bank quldurluğu "Stokholm sindromu" termininin yaranmasına səbəb olub.

 

Klark Olofsson Göteborqda tək ana və üç bacı ilə böyüyüb. 15 yaşında yük gəmisi ilə dünya turuna çıxlb. Olofssonun kriminal karyerası gənclik illərində başlayıb. 19 yaşında o, oğurluq edib. Polis tərəfindən həbs olunarkən, ortağı Qunnar Norqren polislərdən birini güllələyərək öldürüb.

 

1980-ci illərdə yenidən həbsdən çıxandan sonra Olofsson Belçikaya köçüb və həyat yoldaşı ilə bir müddət orada yaşayıb.

 

1993-cü ildə Stokholmdakı Moderna Muzeyindən sənət əsərlərinin oğurlanması ilə məşğul olub. Onun ortaqları muzeyin damından soxularaq yarım milyard kron dəyərində səkkiz əsəri oğurlayıblar. 

 

Bundan əlavə, isveçli qanqster bir neçə ittihamla narkotik alverində təqsirli bilinib.

 

Bir neçə il əvvəl o, naməlum xəstəlikdən əziyyət çəkməyə başlayıb və bu səbəbdən 46 kiloqram arıqlayıb.

 

Klark Olofsson həyatının çox hissəsini həbsxanada keçirib, bir neçə fərqli ittihamla məhkum edilib.

 

Klark Olofsson haqqında film də çəkilib. İsveçli rejissor Conas Akerlund tərəfindən 2020-ci ildə çəkilən "Netflix" serialı “Klark”da Klark Olofsson rolunu Bill Skasqard canlandırıb. 

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...