Fil marketə basqın etdi: Ərzaq məhsullarını yedi - FOTOLAR

Fil marketə basqın etdi: Ərzaq məhsullarını yedi - FOTOLAR

Taylandın Nakhon Ratçasima əyalətində nadir hadisə baş verib. Bir böyük fil marketə daxil olaraq ərzaqları yeyib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Plai Biang Lek” adlı vəhşi fil, ərzaq axtarışı zamanı marketə girərək təxminən 10 dəqiqə ərzində rəflərdəki düyünü və toyuq yumurtalarını yeyib.

 

Təhlükəsizlik kameralarının görüntülərində nəhəng filin mağazada çətinliklə hərəkət etdiyi və ərzaqları böyük iştahla yediyi görünür.


Market sahibi Ploy hadisə zamanı fili qovmağa çalışdığını bildirib. Onun sözlərinə görə, fillər bölgədən tez-tez keçsə də, ilk dəfə idi ki, onlardan biri birbaşa mağazaya girərək ərzaqlara hücum edib. 


Milli park rəsmiləri və yerli sakinlər tərəfindən tanınan “Plai Biang Lek” adlı filin illərdir həmin ərazidə yaşadığı bildirilir. Lakin bu, onun ilk dəfə bir dükana girərək ərzaq axtardığı hadisə kimi qeydə alınıb.


Taylandda 3 min – 3 min 500 arası vəhşi filin yaşadığı təxmin edilir. Fillər bəzən tarlalara və evlərin həyətlərinə girsələr də, bir filin təkbaşına, gündüz saatlarında yaşayış məntəqəsinə daxil olaraq birbaşa marketə girməsi bölgədə nadir rastlanan hal kimi qiymətləndirilir.


Bəsti Rəfizadə
Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...