Alimləri təəccübləndirən siqnal: Hər 44 dəqiqədən bir təkrarlanır

Alimləri təəccübləndirən siqnal: Hər 44 dəqiqədən bir təkrarlanır

NASA-nın “Chandra rentgen” teleskopu və Avstraliyada yerləşən ASKAP radio teleskopu tərəfindən aparılan müşahidələr nəticəsində elm adamları Samanyolu qalaktikasında yerləşən və “ASKAP J1832-0911” adlandırılan müəmmalı bir kosmik obyektin hər 44 dəqiqədən bir siqnal yaydığını aşkar ediblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu siqnallar təxminən iki dəqiqə davam edir və həm radio dalğalarında, həm də rentgen şüalarında müşahidə olunur.

 

Hadisə, elm dünyasında nadir rast gəlinən və “uzunmüddətli keçici mənbə” (LPT – Long-Period Transient) adlanan fenomenə aiddir. Belə obyektlər ilk dəfə 2022-ci ildə müşahidə olunmağa başlanıb və indiyədək yalnız 10 belə nümunə qeydə alınıb.

 

Lakin “ASKAP J1832-0911”, bu obyektlər arasında həm radio, həm də rentgen siqnallarını eyni anda göndərən ilk nümunə kimi seçilir.

 

Tədqiqat qrupunun rəhbəri, Curtin Universitetindən Zienq (Andy) Vanq bildirib ki, bu obyekt indiyə qədər tanınmış heç bir kosmik obyektə bənzəmir. Alimlər bu sirli mənbənin ya güclü maqnit sahəsinə malik neytron ulduzu (maqnetar), ya da ikili sistemdə yerləşən ağ cırtdan ola biləcəyini düşünür. Lakin mövcud elmi modellər bu qeyri-adi davranışı tam şəkildə izah edə bilmir.

 

Bu kəşf, ulduzların ömrünün son mərhələləri və onların enerji yayımı haqqında yeni biliklər əldə etmək üçün mühüm bir addım hesab olunur. Tədqiqatın nəticələri 2025-ci il 28 may tarixində nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.

 

Alimlər düşünür ki, bu cür obyektlərin daha çoxunun kəşfi, kainatın dərinliklərində hələ kəşf edilməmiş çoxlu sirli mənbələrin olduğunu göstərə bilər.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...