Amerika niyə hər həftə Panamaya 14,7 milyon zəhərli mikçək buraxır?

Amerika niyə hər həftə Panamaya 14,7 milyon zəhərli mikçək buraxır?

Amerikanın Panama sərhədinə daim milyonlarla milçək buraxması qəribə görünə bilər. Lakin bu addım əslində mühüm bir məqsədə xidmət edir. 

 

Sfera.az bildirir ki, ABŞ və Panama uzun müddətdir “Yeni Dünya Vida qurdu” adlı təhlükəli parazitlə çətin mübarizə aparır. Yaxşı, bu parazitlə mübarizə bu qədər problemlidirzə, niyə milçək göndərir? 

 

Yeni Dünya Vida qurdu paraziti yumurtalarını canlı heyvanların yaralarına qoyur və sürfələrin ətlə qidalanmasına şərait yaradır. Bu proses heyvanlar üçün son dərəcə ağrılı və çox vaxt ölümcül olur.

 

Parazit təkcə heyvanların sağlamlığına deyil, rayonda heyvandarlıq sahəsinə də böyük ziyan vurur.

 

1950-ci illərdə bioloq Edvard F.Kniplinqin kəşfləri sayəsində parazitə nəzarət etmək üçün milçəkləri sterilizasiya edib vəhşi təbiətə buraxmaq üsulu işlənib hazırlanmışdır.

 

Radiasiya sterilizasiyası milçəklərin reproduktiv dövrünü kəsərək parazitlərin yayılmasını dayandırmaq məqsədi daşıyır.

 

Panamanın Pacora şəhərində qurulan nəhəng fabrikdə hər həftə təxminən 20 milyon milçək istehsal olunur. Bu milçəklərin 14,7 milyonu radiasiya vasitəsi ilə sterilizasiya olunduqdan sonra Panama-Kolumbiya sərhədinə buraxılır.

 

Xüsusi nəzarət otaqlarında yetişdirilən milçəklər sterilizasiya edilir və daha sonra təyyarələrin köməyi ilə təbiətə buraxılır. Buraxılan milçəklər oyanaraq təbii dövrələrini davam etdirirlər, lakin onlar steril olduqları üçün çoxala bilmirlər.

 

Bu üsul sayəsində parazitin çoxalmasının və yayılmasının qarşısı böyük ölçüdə alınır. Hər həftə həyata keçirilən bu əməliyyat milyonlarla heyvanın həyatını xilas edir və böyük iqtisadi itkilərin qarşısını alır.

 

Əməliyyat ABŞ-a ildə təxminən 15 milyon dollara başa gəlir. Ancaq bölgədəki heyvanları qorumaq və parazitin iqtisadi zərərinin qarşısını almaqla bu xərclər uzun vədədə böyük qazanclar təmin edir.

 

Eyni zamanda, sahə qrupları parazitin izlərini axtarmaq üçün mütəmadi olaraq yoxlayır və lazım gəldikdə müdaxilə edir.

 

Xanım


OXŞAR XƏBƏRLƏR