Batmış Hindistan “Titanik”indən 40 milyon dollar dəyərində gümüş çıxarıldı


Batmış Hindistan “Titanik”indən 40 milyon dollar dəyərində gümüş çıxarıldı

“Hindistan Titanik”i adlandırılan “SS Tilawa” ticarət gəmisi 1942-ci ildə iki Yapon torpedası tərəfindən batırılıb.


Sfera.az bildirir ki, 75 il sonra (ötən günlərdə) gəminin anbarındakı xəzinə gizli şəkildə tapılıb. Bu xəzinə yüklü miqdarda gümüş külçələrdən ibarətdir.
 

20 noyabr 1942-ci ildə “SS Tilawa” Hindistanın Mumbay şəhərindən Durbana, Cənubi Afrikaya yola düşüb. Göyərtəsində 958 nəfər, o cümlədən 732 sərnişin və dörd topçu olub. Lakin Seyşel adalarından 1200 km şimal-şərqdə Yapon sualtı qayığı tərəfindən atılan iki torpeda tərəfindən batırılıb.


Hind okeanında 4500 metrdən çox dərinlikdə batan gəminin göyərtəsində 40 milyon dollardan çox gümüş qalıb. Anbarda təxminən 60 tona yaxın külçələr saxlanılıb. Onlar sikkə zərb etmək məqsədilə Cənubi Afrika İttifaqı üçün nəzərdə tutulmuşdu.


Gəminin cəmi doqquz xilasedici qayığı olub, buna görə də 280 nəfər ölüb, qalanları Britaniya Hərbi Dəniz Qüvvələrinin “HMS Birmingha” və “SS Carthage” gəmiləri tərəfindən xilas edilib.
 

Faciə cəbhədən gələn xəbərlər arasında “it-bata” düşdüyündən, yalnız 2014-cü ildə diqqət yenidən “Hindistan Titanik”inə və onun qiymətli yüklərinə yönəlib.


 

Elə həmin il Britaniya xilasetmə şirkəti “Argentum Exploration Ltd.” qəza yerini tapmaq və ərazini araşdırmaq üçün dərin dəniz axtarış missiyasına başlayıb.
 

Gəmi təxminən 4500 metr dərinlikdə olub. Batandan sonra o, sol tərəfi üstə qayalığın üstünə düşüb.
 

Tədqiqatdan üç il sonra “Argentum” komandası gəmidəki 2391 gümüş külçədən 2364-nü uğurla çıxarıb. Qiymətli yük gəminin anbar otağında poçt və baqaj bölmələri boş tapıldıqdan sonra aşkar edilib.




Daha sonra gümüş Böyük Britaniyaya daşınıb. “Argentum” Britaniyada hedcinq fondunun rəhbəri Paul Marşala məxsus olduğundan, dəniz qanunvericiliyinə əsasən gümüşlərə məhz o iddiaçı ola bilər.
 

Lakin Cənubi Afrika bu iddiaları rədd edib və məsələ Ali Məhkəməyə qədət gedib. May ayında 43 milyon dollar dəyərində gümüşün Cənubi Afrikaya aid olduğuna qərar verilib.
 

Bu arada, “Tilawa”da olan iki sərnişin bu günə qədər sağ qalıb. Onlar hər il unudulmuş faciənin şərəfinə sağ qalanlar üçün şam yeməyinə toplaşırlar.
 

Həmin vaxt üç yaşı olan Elvind Cani “BBC”nin “Şahidlərin Tarixi” proqramına müsahibəsində faciədən danışıb.


“Anam məni əlləri boş olsun deyə şal ilə arxasına bağladı və sonra yavaş-yavaş özünü kəndirdən xilasedici qayığa endirdi”.
 

Digər sərnişin, o zaman doqquz yaşında olan Tej Prakash Manqat atasının onu xilasedici salda təhlükəsiz yerə aparmazdan əvvəl ayaqlarının altına qədər suyun qalxdığını hiss etdiyini bildirib.
 

Manqatın atası qızı ilə təhlükəsiz yerdə qalmaq əvəzinə, qardaşlarını axtarmağa görə gedib və tezliklə qayıdacağına söz verib.
 

Məhz bu zaman ikinci torpedo “SS Tilawa”ya dəyib.




"İnsanların qışqırdığını, ağladığını gördüm və gəmiyə baxdım. Atamı gözləyirdim. Güclü partlayış eşitdiyimiz zaman tam ay idi. Bu, ikinci torpedo idi. Qara tüstü gördüm və gəmi batdı. Ata Manqat qayığın kənarına yapışaraq xilas olmağı bacarsa da, qardaşları həlak olub.

 

Xanım

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Trampa təyyarə hədiyəsi qalmaqal yaradıb: "Bu, etik deyil"

Qətərin ABŞ Prezidenti Donald Trampa 400 milyon dollar dəyərində “Boeing 747-8” tipli dəbdəbəli təyyarə hədiyyə etməsi Amerika ictimaiyyətində və si...

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tab...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilib

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.  ...

Vergi Məcəlləsinə dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.  ...

Rusiya nümayəndə heyəti İstanbuldadır - "Rəsmi Moskva ciddi işə hazırdır"

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün İstanbula gəlib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zax...

Azərbaycan bu ölkələrdən 1,7 milyard dollarlıq qızıl alıb - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703,7 milyon ABŞ dolları dəyərində 18 min 941,9 kiloqram qızıl idxal edilib.   Sfera.az...