Ən xoşbəxt insanlar bu vərdişlərdən uzaq duranlardır – Psixoloq AÇIQLADI
Xoşbəxt insanlar həyatları boyu dörd pis vərdişdən uzaq durmağa çalışırlar.
Sfera.az “newtraderu.com”a istinadən xəbər verir ki, psixoloq Holli Berns belə bir iddia ilə çıxış edib.
Psixoloq deyir ki, hər bir insan xoşbəxt olmaq üçün müəyyən vərdişlərə yiyələnməyə çalışır. Onun fikrincə, xoşbəxtliyə aparan yol müxtəlif olsa da, bəzi vərdişlər insanların uğur əldə etməsinə maneə yaradır.
Bernsin qənaətincə, ən xoşbəxt insanlar dörd pis vərdişi həyatlarından silməklə böyük uğur əldə edə biliblər.
O, həmin vərdişləri belə sıralayır:
“Keçmişə konsentrasiya: xoşbəxtliyin ən böyük maneələrindən biri keçmişdə ilişib qalmaqdır. Bu vərdiş bizə sevinc gətirə biləcək yeni imkanlardan və təcrübələrdən istifadə etməyimizə mane olur.
İkinci pis vərdiş özünü başqaları ilə müqayisə etməkdir. Sosial media dünyasında belə bir tələyə düşmək riski yüksəkdir. Ən xoşbəxt insanlar başa düşürlər ki, əsl məmnunluq xarici standartlara cavab verməkdən yox, daxildən gəlir.
Üçüncü pis vərdiş özünə qayğı göstərməməkdir. Özünə qulluq xoşbəxtlik axtarışının vacib bir komponentidir. Gündəlik iş, ailə və sosial öhdəliklərə o qədər qarışırıq ki, əsas ehtiyaclarımıza məhəl qoymuruq.
Dördüncü pis vərdiş kin və qəzəbdir. Başqalarına qarşı kin və qəzəb içində olduğumuz zaman yalnız özümüzə zərər veririk. Bu zəhərli duyğular bizim dincliyimizi pozur və əsl xoşbəxtliyi yaşamağa mane olur.
Ən xoşbəxt insanlar bağışlamaq və əhəmiyyət verməmək vərdişini mənimsəyənlərdir”.
Vasif