İlaxır çərşənbə haqqında nə bilirik? - Qapı pusurlar, eşidilən iki kəlmə...

İlaxır çərşənbə haqqında nə bilirik? - Qapı pusurlar, eşidilən iki kəlmə...

Bu gün Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsi qeyd olunur.

 

Sfera.az bildirir ki, xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" kimi də adlandırılan bu çərşənbə günü evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən, aş, şirniyyatlar: paxlava, şəkərbura, şorqoğal hazırlanır. Xonçanın ortasında səməni qoyulur, hər ailə üzvünün adına şam yandırılır, yumurtalar boyanır, süfrədə yeddi növ nemət olur.

 

İlaxır çərşənbəsinin müxtəlif adət-ənənələri var.

 

Məsələn, ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedirlər, gizlicə qapı pusurlar. İçəridən eşidilən iki kəlmə, niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könülaçan söhbətlər edilir.

 

Bu gün həm də həyətlərdə tonqal qalanır, uşaqlar odun üstündən hoppanırlar. Tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. Deyilənə görə, tonqal heç vaxt su ilə söndürülməməlidir. O, özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

 

Çərşənbə axşamı əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Susuzluğa görə gecə yuxuda su görünür: içməyə kimsə su verir. İnanclara görə, həmin su verən adam yuxu görənin qismətidir.

 

İlaxır çərşənbədə həm də cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, demək o yaşda da qız-gəlin köçəcək.

 

Xalq mövhumatına əsasən, son çəşənbə günündə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Seysmoloqdan İstanbulla bağlı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: "7,6 bal gücündə..."

İstanbulda 7,6 bal gücündə zəlzələ ola bilər.   Sfera.az bildirir ki, bu barədə türkiyəli seysmoloq Naci Görür proqnoz verib.   Mütəxəssi...

Yasamalda avtomobildən telefon oğurlayan şəxs saxlanıldı - FOTO

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub. ...

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvado...

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Koronavirusa qarşı mRNT peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır...

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə ...

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Rusiyada 15-17 may tarixlərində keçirilən Prezident seçkilərində qalib gəlmiş hazırkı dövlət başçısı Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılır...