6 min il əvvəl qucaqlaşaraq ölən cütlüyün məzarı - Valdaro sevgililəri 

6 min il əvvəl qucaqlaşaraq ölən cütlüyün məzarı - Valdaro sevgililəri 

Tarix boyu bir çox arxeoloji kəşflər edilsə də, Valdaro Aşiqləri düz 6 min il əvvəl bir-birini qucaqlayaraq ölən cütlüyün skeletlərindən ibarətdir. Bəs Valdaro Aşiqləri necə kəşf edilib?

 

Sfera.az bu yazıda 2007-ci ildə kəşf edilən Valdaro Aşiqləri haqqında məlumat təqdim edir.

 

2007-ci ilin fevralında Mantuadan bir qədər kənarda yerləşən Valdaro kəndində arxeoloji kəşf edildi ki, bu da tez bir zamanda dünya üzrə tədqiqatçıların diqqətini cəlb edib. 

 

Aşkar edilən məzarda üzbəüz və bir-birini qucaqlayan iki skelet tapılıb. Onlar bu vəziyyətdə dəfn edilib. 

 

"Valdaro Aşiqləri"nin əlləri və ayaqları iç-içə bir-birinə sıx qucaqlaşaraq, üz-üzə, bir-birini qucaqladıqları aşkar edilib.

 

Arxeoloji kəşflə aşkar edilmədən əvvəl 6 min il bu şəkildə basdırılan skeletlər zamanla Valdaro Aşiqləri adlandırılıb.

 

Valdaro Aşiqləri ilə bağlı araşdırmalar hələ də davam etsə də, mövcud məlumatlara görə bu skeletlərin kişi və qadın olduğu məlumdur.

 

Eyni zamanda hər ikisinin yaşı 20-dən çox deyil.

 

Kişi skeletinin boynunun yanında çaxmaq daşından ox ucu, qadının isə ombası boyunca uzun çaxmaq daşı və çanaq sümüyü altında iki çaxmaq daşı olub.

 

Əvvəlcə silahların ölümə səbəb ola biləcəyi düşünülsə də, müayinələr zorakı ölümə dair heç bir dəlil tapmayıb, buna görə də bu əşyaların qəbir əşyaları olduğu güman edilir.

 

Tədqiqatçılar bir-birlərinə sarılaraq tapılan cütlüyün araşdırması üçün müxtəlif testlər aparsalar da, sümüklər heç yerindən tərpənməyib və cütlük heç vaxt ayrılmayıb.

 

Əvəzində onların yerləşdiyi torpaq parçası iri kəmərlərlə yerdən qaldırılaraq taxta qutuya qoyulub.

 

Bu gün də birlikdə olan cütlük Mantuadakı Milli Arxeologiya Muzeyində nümayiş etdirilir.

 

Arxeologiya həvəskarlarının, eləcə də romantikanı sevənlərin ziyarət etdiyi “Valdaro Lovers”, bu gün də unikal bir kəşf hesab olunur.

 

Xanım 

Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...