"Özüm heç vaxt "Maşın" şouda iştirak etmərəm" - Murad Dadaşov
Əməkdar artist Murad Dada şov "ATV maqazin 10larla” verilişə mayda efirə gedəcək "Maşın” realiti-şoudan danışıb. Şoumen verilişdə yeni simaların iştirak etdiyini bildirib: "Redaktorlar siyahını mənə təqdim etdi, baxdım ki, 120 nəfər məşhur var ki, indiyənədək maşın şouda iştirak etməyiblər. Amma onlar arasında elələri var ki, nə qədər dəvət etmişik, gəlmirlər. Məsələn, Ədalət Şükürov, Tünzalə Ağayeva, Namiq Qaraçuxurlu, Manana. Mən onlardan incimirəm. Bu, həmin insanların şəxsi mövqeyidir.