Azərbaycanlı məşhurların fitnes zallardakı görüntüləri paylaşım rekordu qırır – FOTOLAR

Azərbaycanlı məşhurların fitnesə, idmana meyilliliyi son illərdə artıb. Əlbəttə, hər kəs şux və gözəl görünmək istəyir, amma daim göz önündə olan insanlar üçün bu ən vacib faktodur.
İndi gələk fitneslə məşğul olan və bu görüntülərini öz şəxsi sosial hesaplarında paylaşan məşhurlarımıza.
A24.Az– həmin görüntüləri sizə təqdim edir:
Nəzrin Cavadzadə, 35 yaşlı aktrisa daha çox türk seriallarındakı rolları ilə tanınır. Bu qədər gözəl və gənc görünməsinin səbəbi də hər halda müntəzəm fitneslə məşğul olmasıdır.
Bir sözlə, fit.
Hamının sevimlisi Aygün Kazımovanın 49 yaşı var. Amma müğənniyə heç də bu yaşı vermək olmur. Çünki o fitneslə məşğul olur.
O, hətta yoqa ilə də məşğul olmağa başlayıb.
Türkiyədə ulduzu parlayan Röya Ayxan da idmandan qalmır. 35 yaşlı musiqiçi, elə bil 20 yaşındadır.
Belə gözəl yorulmaq olar?
34 yaşlı estrada ulduzu Zamiq idmanın köməyi ilə son illərdə tamamilə dəyişib. Heç gözümüzdən yayınar?
Necə deyəllər, bir şəkildən daha artıq…
Bu yaşda bu qədər gözəl olmağın sirri başqa nə ola bilərdi ki? 37 yaşlı Nigar Camal.
Necə idi o mahnı? "Ne güzel şeysin sen, hep yaşın 18 … ”
Hamıdan danışıb ondan danışmamaq olar heç? Afaq Aslan deyib susuruq…
Bunu da paylaşmasaq günah olardı…
Günay İbrahimli hətta rəfiqələri ilə birlikdə idman edir. Həm sağlamlıq, həm qeybət…
Bəli, Tünzalə Ağayeva da idmanla məşğul olur. Onun 41 yaşı var. Görün, heç göstərir yaşını?
Sizi 41 yaşlı Nura Suri ilə baş-başa qoyub çəkilirik…