Logo

Rasim Balayevlə Elməddin efirdə üz-üzə gəldi - VİDEO

Rasim Balayevlə Elməddin efirdə üz-üzə gəldi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bəzi aktyorlar bir az komediyanı başqa şeylərlə səhv salırlar" demişdim. Ad çəkməmişəm. Fərda, Müşviq də yaxşı uşaqlardı. Hiss olunur ki, istedadlıdırlar. Təəssüf ki, onlar üçün yaxşı ssenari yazan yoxdur".

Bu sözləri Xalq artisti Rasim Balayev "Şən bazar" verilişində deyib. Aktyor müsahibə verərkən dediyi "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" sözlərinə aydınlıq gətirib:

"Gənc aktyorların yaxşı oynamağa imkanları, istedadları var. Sadəcə, onlara ssenari yazan yoxdur. Qalıblar belə, bilmirlər necə oynasınlar. Hərdən aktyorlar özlərindən sözlər də əlavə edirlər. Arzulayardım ki, yaxşı ssenari yazılsın və əsl komediya oynasınlar".

"Rasim Balayev bizim sənətkarımızdır. "Nəsimi", "Babək"lə böyümüşük. Ağsaqqalımızın sözü qanundur. Yanlışlarımız var: bəzən çəkilişdə, senaridə, özümüzdə problem olur. Zamanla bunları düzəldəcəyik" deyə, verilişdə qonaq olan aktyor Elməddin Cəfərov münasibət bildirib.

(axşam.az)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR