Türkiyəli tanınmış aparıcılar saxlanıldı
Türkiyənin "Halk TV" telekanalına qarşı növbəti əməliyyat keçirilib.
Sfera.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun qərarı ilə əməliyyat çərçivəsində 12 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 9-u artıq saxlanılıb.
Saxlanılanlar arasında telekanalın tanınmış aparıcıları Ece Üner Bayramoğlu və Deniz Bayramoğlu da var. Xəbər koordinatoru Hakan Kürşad Oğuzun isə xaricdə olduğu bildirilir.
Prokurorluğun məlumatına görə, telekanalın sahibi Cafer Mahiroğlunun göstərişi ilə şübhəli şəxslərə rüşvət verilib. Onlar cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, yalan məlumat yaymaq, rüşvət, tenderlərdə saxtakarlıq və vergi qanunvericiliyini pozmaqda şübhəli bilinirlər.\\milli.az






