Aleyna Tilki səhnədə diqqət çəkdi
Gənc müğənni Aleyna Tilki festival çərçivəsində verdiyi konsertdə həm səhnə performansı, həm də seçdiyi cəsarətli geyim tərzi ilə diqqət mərkəzinə düşüb.
Qara, çəhrayı və metalik detallardan ibarət geyimi ilə seçilən sənətçi yeni mahnısı “Kaygılarım”ı da ilk dəfə səsləndirib.
Sfera.az xəbər verir ki, musiqi karyerası ilə yanaşı, səhnə tərzi ilə də tez-tez gündəmə gələn Aleyna Tilki festival konsertində qeyri-adi geyim seçiminə üstünlük verib. Enerjili çıxışı ilə tamaşaçılara unudulmaz anlar yaşadan müğənni geyimi ilə də gecənin diqqət çəkən simalarından biri olub.
Tilkinin səhnə geyimində qara şəffaf üst, çəhrayı alt paltarı detalı və fərqli dizayna malik mini ətək ön plana çıxıb. Qara və çəhrayı rənglərin yaratdığı kontrast metalik aksesuarlarla tamamlanıb. Parçalı dizaynı ilə seçilən mini ətəyi və jartiyerli corabları ilə fərqli görünüş sərgiləyən müğənninin səhnə tərzi diqqətdən yayınmayıb.
İradə Elsevər
Sfera.az






