Logo

Həmişə güldürən Elcan bu dəfə ağlatdı: “Atam qucağımda öldü”

Həmişə güldürən Elcan bu dəfə ağlatdı: “Atam qucağımda öldü”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aktyor Elcan Rəsulov atası ilə bağlı xatirələrini bölüşüb.

Sfera.az xəbər verir ki, o, bu barədə “Zarafat bir yana” proqramında danışıb. Aktyor atasının onun qucağında dünyasını dəyişdiyini deyib. Həmin anları danışan aktyor göz yaşlarını saxlaya bilməyib:

“Atam öz qucağımda dünyasını dəyişib. Evin böyük uşağı mən idim. Qardaşımın 7 yaşı var idi. Deyirdi ki, nə oldu, ata niyə yıxıldı, gözünü niyə belə etdin? Ona dedim ki, daha ata olmayacaq, ondan nə istəyirsənsə, mənə deyərsən, edəcəyəm. Deyirdi ki, o nə alırdısa, sən alacaqsan? Universitetdə oxuyurdum, heç yerdə işləmirəm (ağlayır). Deyirəm, daha çox şey istə, hər şeyin yaxşısını edəcəyəm.

Atamın öldüyü yaşa çatmağıma 9 il qalıb. Qorxuram ki, ondan da tez ölərəm. Heç vaxt ağlamadım, möhkəm olmağa çalışmışam. Nə bacarmışam, hamısını etmişəm. Özümü toplamışam, hamını güldürməyə çalışmışam”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR