Logo

“Polat Alemdar” ekranlara qayıdır?

“Polat Alemdar” ekranlara qayıdır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Necati Şaşmazın “Yeraltı” serialına qonaq aktyor kimi qatılacağı iddia olunur.

Sfera.az xəbər verir ki, “Kurtlar Vadisi” serialında Polat Alemdar obrazı ilə məşhurlaşan aktyorun yeni layihədə sürpriz rolla tamaşaçı qarşısına çıxacaq.

İddianı maraqlı edən məqamlardan biri də serialın ssenarisini Necati Şaşmazın qardaşı Raci Şaşmazın yazmasıdır. O, ssenari üzərində Berna Aruzla birlikdə çalışır. R.Şaşmaz daha əvvəl “Kurtlar Vadisi”nin yaradıcı heyətində də yer alıb.

Cinayətkar qruplaşmalar və kartellər arasındakı hakimiyyət mübarizəsindən bəhs edən “Yeraltı” serialı süjet xətti və atmosferinə görə “Kurtlar Vadisi” ilə müqayisə olunur./yenisabah

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR