Hüseyn Məhəmmədoğlu xeyriyyə konserti verəcək
Kateqoriya məlum deyil
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu dekabr ayının 1-də Opera Studiyasında unudulmaz bir musiqi gecəsinə imza atacaq.
Azərbaycan musiqisevərləri üçün təşkil olunan bu konsert sadəcə sənət gecəsi deyil, həm də uca bir vətənpərvərlik və vəfa borcu nümayiş etdirəcək.
İfaçının böyük ürək və həssaslıqla yanaşdığı bu gecə xüsusi olaraq kimsəsiz şəhid Səbuhi Əhmədovun əziz və unudulmaz xatirəsinə həsr olunacaq.
Konsertdən əldə olunacaq bütün vəsait qəhrəmanımızın adını yaşatmaq və xatirəsini əbədiləşdirmək üçün sərf olunacaq.
Hər notda bir şəhid ruhunun kövrəldiyi bu gecədə şəhid ailələrinə ehtiram əlaməti olaraq, onlara konsertə giriş tamamilə ödənişsiz olacaq.






