“Onun 5 faizi olsam, Türkiyəni silkələyərəm” - İdo Tatlıses
Türkiyəli müğənni İdo Tatlıses atası, tanınmış sənətçi İbrahim Tatlıses haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Sfera.az xəbər verir ki, əkiz övladlarının dünyaya gəlməsindən sonra iki il səhnələrdən uzaq qalan İdo Tatlıses yenidən konsert proqramları ilə pərəstişkarlarının qarşısına çıxıb.
Etilerdə yerləşən məkanlardan birində səhnə alan müğənni atalıq həyatının çətinliklərindən də danışıb. O, zarafatla uşaqların həm maddi, həm də fiziki baxımdan böyük məsuliyyət tələb etdiyini bildirib:
“Uşaqlara nə pul çatır, nə də enerji”.
İdo Tatlıses atasına olan heyranlığını ifadə edərkən isə maraqlı açıqlama verib:
“Onun 5 faizi olsam, Türkiyəni silkələyərəm. Türkiyədə heç kim atamla rəqabət apara bilməz. O, çox böyük səsdir”.
Qeyd edək ki, İdo Tatlıses 2021-ci ildə model Yasemin Şefkatli ilə ailə qurub. Cütlüyün 2024-cü ildə Sinan Emir və İbrahim Ayel adlı əkiz oğlanları dünyaya gəlib.
İradə Elsevər






