"Çalıkuşu" bizim sevgi hekayəmizin başlanğıcı oldu"
Türkiyəli aktyor Burak Özçivit həyat yoldaşı, aktrisa Fahriyə Evcən haqqında danışıb.
Sfera.az xəbər verir ki, aktyor xanımı ilə baş rollarını paylaşdıqları “Çalıkuşu” serialının çəkiliş meydançasında tanış olduqlarını bildirib.
Burak bildirib ki, ekran işində "Kamran" və "Fəridə" obrazlarını canlandırarkən aralarında dostluq yaranıb və bu münasibət sonradan sevgiyə çevrilib:
"Fahriyə ilə ilk dəfə 2013-cü ildə baş rollarını paylaşdığımız "Çalıkuşu" serialının çəkiliş meydançasında tanış oldum.O zaman dostluğumuz başladı. Serial bitdikdən sonra münasibətimiz zamanla sevgiyə çevrildi. Çəkilişlərdən sonra da bir-birimizlə əlaqəmizi heç vaxt kəsmədik. Deyə bilərəm ki, "Çalıkuşu" serialı bizim sevgi hekayəmizin başlanğıcı oldu".
Qeyd edək ki, Burak və Fahriyə 2017-ci ildə İstanbulda ailə qurublar. Cütlüyün Karan və Kərəm adlı iki oğlu var.






