Danla Bilicın səhhətində problem yaranıb
Türkiyəli sosial media fenomeni Danla Bilic yenidən səhhətində problem yaşayıb.
Sfera.az xəbər verir ki, illər əvvəl etdirdiyi “Aquafilling” dolğusu səbəbindən sağlamlıq problemləri yaşayan Bilic bu günədək 9 dəfə əməliyyat keçirdiyini açıqlamışdı.
Özünü yaxşı hiss etdiyini bildirdikdən bir gün sonra fenomenin sol ayağı qəfil hərəkətsiz qalıb. Vəziyyətlə əlaqədar onun evinə tibbi briqada gəlib və müdaxilə zamanı iynə və sistem tətbiq olunub.
Bilic yaşadıqlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. O, bir gün əvvəl sağaldığını dediyini, ertəsi gün isə yenidən narahatlıq yarandığını bildirib. Fenomen sol ayağının vəziyyətinin müəyyənləşdirilməsi üçün sabah ultrasəs müayinəsindən keçəcəyini qeyd edib.
Bilic paylaşımında ona qarşı tənqidlərə də münasibət bildirib və izləyicilərindən bu müddətdə onu qınamamağı xahiş edib.
Qeyd edək ki, Danla Bilic daha əvvəl adıçəkilən prosedurundan sonra yaranan fəsadlarla bağlı dəfələrlə əməliyyat olunduğunu açıqlayıb.
İradə Elsevər






