Samirə Əfəndidən tənqidlərə cavab
Kateqoriya məlum deyil
"Avroviziya" təmsilçilərimizdən Samirə Əfəndi xarici görünüşünü ilə bağlı ünvanına yazılan tənqidlərə sərt cavab verib.
Sfera.az xəbər verir ki, ifaçı səhhətində yaşadığı problemlərə görə, çəkisinin tez-tez dəyişdiyini bildirib:
"Məni həqiqətən sevənlər göbəkli də, göbəksiz də sevirlər. Bəli, mənim səhhətimlə bağlı problemlərim var. İldə 4-5 dəfə, təxminən bir ay ərzində bədənim sözümə baxmır. Amma bu, heç kimə mənimlə lağ etməyə, məni qarğışlamağa və ya haqqımda artıq-əskik danışmağa haqq vermir. Ağıllı olun!
Bu cür sözlər məni işimdən soyutmaz. Vaxtınızı boş yerə sərf etməyin!".






