Logo

Navainin konserti təxirə salındı

Navainin konserti təxirə salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan əsilli repçi Navainin oktyabrın 22-nə planlaşdırılan konserti baş tutmayıb.

Sfera.az xəbər verir ki, repçi oktyabrın 22-də Moskvadakı VK Stadium-da konserti keçirilməli idi. Lakin tədbir noyabrın 8-nə təxirə salınıb.

Daha əvvəl məkanın saytında oktyabrın 22-nə planlaşdırılan konsertə biletlərin satışının dayandırıldığı bildirilmişdi.

Qeyd edək ki, oktyabrın 14-də repçi Navai Qazaxıstan ərazisinə daxil olarkən saxlanılıb. Onun avtomobilində narkotik maddələr aşkar edilib. Daha sonra sənətçi barəsində cinayət işinə xitam verildiyi məlum olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR