Güllünü öldürən qızına ömürlük həbs cəzası verildi
Kateqoriya məlum deyil
T
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) ölümü ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Sfera.az xəbər verir ki, müğənninin qızı Tuğyan Ülkem Gülter anasını qəsdən öldürmək ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Güllü 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yaşadığı binanın altıncı mərtəbəsindən yıxılaraq həyatını itirib. Onun ölümü ilə bağlı aparılan araşdırmadan sonra qızı Tuğyan saxlanılıb və barəsində cinayət işi açılıb.






