Pünhan Piriyev Tolikin cavabını verdi: "Pul verib..." - (Video)
Kateqoriya məlum deyil
T
Müğənni Pünhan Piriyev prodüser Tarix Əliyevin (Tolik) onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.
Sfera.az xəbər verir ki, sənətçi bununla bağlı çəkdiyi videoda Tolikin sözlərinə etirazını bildirib və prodüserə bir sıra suallar ünvanlayıb.
Pünhan bildirib ki, əgər Tolik onun səsini bəyənmirdisə, onu efirə dəvət etməsinin səbəbini anlamır:
"Tolik deyir ki, efirlərə belə gəlməsin. Mən də soruşuram ki, mənim səsimi bəyənmirdinsə, məni niyə verilişinə dəvət edirdin? Sənin gözündə aşağıyamsa, niyə çağırırsan?
Tolik deyir, Vasif Məhərrəmli də təsdiq edir. Mənim 28 yaşım var. 8 yaşımdan bu vaxta qədər oxumağımda fasilə olmayıb. Mən efirə pul verib çıxmamışam, öz zəhmətimlə, əziyyətimlə çıxmışam"./milli.az
Açar sözlər:






