İdo Tatlısesdən evliliklə bağlı paylaşım - FOTO

İdo Tatlısesdən evliliklə bağlı paylaşım - FOTO
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni İdo Tatlıses həyat yoldaşı Yasemin Şefkatli ilə evliliklərinin 5-ci ildönümünü qeyd edib.

Sfera.az xəbər verir ki, İdo Tatlıses sosial media hesabında həyat yoldaşı ilə fotosunu paylaşaraq ona sevgisini ifadə edib.

Müğənni 7 oktyabr 2021-ci ildə başlayan evliliklərinin həyatına yeni gözəlliklər qatdığını bildirib.

O, paylaşımında Yasemin Şefkatliyə müraciətlə həyatının ən gözəl “hə”sinin onunla ailə qurmaq olduğunu qeyd edib. Tatlıses həmçinin birlikdə qurduqları ailədən, paylaşdıqları xatirələrdən və böyüyən ailələrindən söz açıb.

Qeyd edək ki, İdo Tatlıses və Yasemin Şefkatli 2021-ci ildə İstanbulda keçirilən mərasimlə evləniblər. Cütlüyün 2024-cü ildə İbrahim Ayel və Sinan Emir adlı əkiz oğulları dünyaya gəlib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR