Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)

Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
Kateqoriya məlum deyil
T

Yaxın günlərdə toy mərasimi baş tutacaq müğənni Pünhan Piriyev dəvət etdiyi, lakin məclisinə gəlməyən daha bir Xalq artistinin adını açıqlayıb.

Sfera.az xəbər verir ki, sənətçi bu barədə danışarkən Xalq artisti Aygün Kazımovanı toyuna dəvət etdiyini bildirib.

Pünhan Piriyev qeyd edib ki, Aygün Kazımova toyun keçiriləcəyi məkanı öyrəndikdən sonra həmin ərazini tanımadığını və ora getmədiyini deyib:

"Dəvət etmək üçün Aygün Kazımovaya zəng vurdum. Toyun ünvanını soruşdu. Hacıqabul rayonunun Meyniman kəndində olduğunu dedim. Məkanı öyrənəndə dedi ki, 'oranı tanımıram, biz ora getməmişik'. Mən də dedim, 'heç nə, Allah köməyiniz olsun'. Onların sənətləri, ifa tərzləri ayrıdır, qınamıram gəlməməyinə görə. Aygün Kazımova bizim ürəyimizdir".

Qeyd edək ki, Pünhan Piriyev bundan əvvəl Xalq artisti Alim Qasımovun da toyuna qonaq kimi gəlmək istəmədiyini açıqlamışdı. Müğənni Alim Qasımovun toyda iştirak üçün qonorar istədiyini bildirmişdi./milli.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR