"Dostluq edəndə, qız alanda kökünü maraqlanın"

Kateqoriya məlum deyil
T
“Dostluq edəndə, qız alanda araşdırın bunun kökü kimlərdəndir”.
Sfera.az xəbər verir ki, bu sözləri müğənni Rüfət Axundov "İncə səhər" proqramında deyib. İfaçı ailə qurarkən tərəflərin ailə və nəsil-kökünün araşdırılmasının vacibliyindən danışıb:
“Allah bizi gözəl insanlarla rastlaşdırsın. Hər zaman özümə deyirəm ki, köklü insanlar və qan mütləqdir. Dostluq edəndə fikirləşin, bunun kökü, qanı kimlərdəndir. İnternet dövrüdür, hər kəs hər kəslə tanış ola bilir. Uzağı yaxın, yaxını uzaq edir. O vaxtlar qız alanda, qızı oğlana verəndə kökünü maraqlanırdılar”.






