Həyat yoldaşının adını səhv yazdılar – Elvin Levinlerdən güldürən reaksiya

Türkiyəli aktrisa Elvin Levinlerin həyat yoldaşı Bülent Kocamanoğlu ilə evliliklərinin 10 illiyi münasibəti ilə əlaqədar Balidə keçirdiyi tədbir medianın da diqqətini çəkib. Lakin qəzetlərdən birinin maqazin səhifəsində cütlüyün ad-soyadının səhv yazılması Levinlerin diqqətindən yayınmayıb.
Sfera.az xəbər verir ki, qəzetdə yayımlanan xəbərdə Bülent Kocamanoğlunun adı səhvən “Bülent Kuruçakal” kimi qeyd olunub.
Səhvi görən Elvin Levinler isə buna əsəbiləşmək əvəzinə yumorla yanaşaraq qəzet materialını sosial media hesabında paylaşıb.
Levinler qəzetdən olan görüntünü paylaşaraq belə yazıb:
“Yeni həyat yoldaşım Bülent Kuruçakal, mən də Elvin Kuruçakal. Çox məmnun olduq”.
Aktrisanın bu ironik paylaşımı izləyicilərinin də marağına səbəb olub.
İradə Elsevər






