Dua Lipa və Şakira eyni səhnədə

Kateqoriya məlum deyil
T
Dünyaca məşhur müğənnilər Dua Lipa və Şakira Parisdə keçirilən konsertdə eyni səhnəni bölüşüblər.
Sfera.az xəbər verir ki, Şakiranın konsertinə sürpriz qonaq kimi qatılan Dua Lipa məşhur ifaçı ilə birlikdə səhnəyə çıxıb.
İki ulduzun birgə çıxışı tamaşaçıların böyük marağına səbəb olub.
Müğənnilərin performansı ilə yanaşı, onların səhnədə yan-yana görüntüləri də diqqətdən yayınmayıb. Belə ki, iki sənətçi arasında nəzərəçarpacaq boy fərqi olduğu görülüb.
Məlumata görə, 1,74 metr boyunda olan Dua Lipa ilə 1,57 metr boyunda Şakira arasında 17 santimetr fərq var.
Paris konsertindəki bu sürpriz duet isə gecənin ən çox diqqət çəkən anlarından biri olub.
İradə Elsevər






