Cavan Zeynallı: "Mən həmişə cavanam"

“Özümü 52 yaşında hiss edirəm. Hamı yaşımı soruşur. Mənim yaşımı neynirsiniz? Əsas sənətimdir”.
Sfera.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, cazmen Cavan Zeynallı deyib.
Sənətkar doğum günü ilə bağlı ona saysız-hesabsız təbriklər gəldiyini bildirib:
“81 yaş nədir ki? Adam var, 100 il yaşayır. Qohumlarım gəldi, yaxşı yeməklər bişirib gətirmişdilər. Oturduq, yedik-içdik, mahnı oxuduq, istədiyimiz kimi əyləndik. Məcliisimiz çox gözəl keçdi. Mən həmişə cavanam. Yaşımı demək istəmirəm. Çünki insanlar əvvəlki kimi deyil, dəyişiblər. Bəzi adamlar sənətkarların qocalmasına sevinir, onların tez ölməsini arzulayırlar. Xəstədirlər, hər kəs öz yerinə ölür”.
Cavan Zeynallının sözlərinə görə, getdiyi hər məclisdə ona hörmət göstərilir:
“Məclislərdə məni görürlər, deyirlər ki, “sizi çox sevirik”. Baxıram, heç birini tanımıram. Gəzmədiyim ölkə qalmayıb, məni bütün dünya tanıyır. Sənətim, mahnılarım... Cavan Zeynallının sənəti var”.






