“Kızılcık Şerbeti”nin Çimeni dekolteli geyimi ilə gündəm oldu

“Kızılcık Şerbeti” serialında Çimen obrazını canlandıran Asena Keskinci yeni filminin qala gecəsində geyimi ilə diqqətçəkib.
Sfera.az xəbər verir ki, gənc aktrisa dünən yeni filminin qala mərasimində iştirak edib. Onun seçdiyi cəsarətli dekolteli geyim gecənin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Asena Keskinci tədbirdə geyimi ilə diqqət çəkərkən, libasının anasına məxsus olduğunu bildirib.
“Bu, anamın dizaynıdır. Ümumiyyətlə, onun hazırladığı geyimləri geyinirəm”, – deyə aktrisa bildirib.
Keskinci “Kızılcık Şerbeti” serialına Çimen obrazı ilə daxil olması barədə də danışıb. O, bunun davam edən bir layihəyə ilk dəfə qoşulması olduğunu deyib:
“İlk dəfə davam edən bir işə qoşuldum. Çəkiliş meydançası ailə mühiti kimidir. Mən də ora sanki ailəyə yeni qoşulan biri kimi getdim”.
Mənsumə







