Asenanın geyimi müzakirələrə səbəb oldu: “Anam dizayn edib”

Kateqoriya məlum deyil
T
Türkiyəli aktrisa Asena Keskinci “Üç Harfliler: Mühür” filminin qala gecəsində geyindiyi libasla diqqət çəkib.
Sfera.az xəbər verir ki, dekolteli geyiminin olduqca cəsarətli olduğu bildirildikdən sonra aktrisa bu barədə açıqlama verib.
Keskinci geyimin dizaynının anasına məxsus olduğunu və adətən anasının hazırladığı libaslara üstünlük verdiyini söyləyib.
Filmin qala gecəsində jurnalistlərin suallarını cavablandıran Asena Keskinci geyimi ilə bağlı tənqidlərə münasibət bildirib.
Keskinçinin qala tərzi bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilsə də, bəzi şəxslər onun dekolte seçimini tənqid edib.
İradə Elsevər






