“Nikah baş tutmasa, polisə gedəcəm” - İrem Derici

“Nikah baş tutmasa, polisə gedəcəm” - İrem Derici
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni İrem Derici ötən gün Nişantaşında görüntülənib.

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdəki yazışmaları ilə bağlı polis bölməsinə gedərək ifadə verdiyini bildirən sənətçi ona ünvanlanan sualları da cavablandırıb.

“Niyə sizə sataşırlar?” sualına Derici belə cavab verib:

“Bu sektorda ən sürətli böyüyən, ən əxlaqlı yaşayan insan mənəm. Artıq insanlara cavab verməkdən bezmişəm. Yenə həmin səbəbdən polis bölməsindən çıxdım”.

Şəxsi həyatı ilə bağlı danışan İrem Derici sevgilisi Melihlə münasibətlərindən də söz açıb:

“Çətin bir dövr keçirdik, sevdiyim insana qovuşdum. Yeni ev aldım, amma o da yararsız çıxdı. İndi içini və çölünü təmir etdirirəm. Konsert verirəm, qazandığım pullar evə xərclənir. Bu il bitənə qədər Melih o nikahı bağlamasa, polisə gedib onu şikayət edəcəyəm. “Məni yubadır” deyəcəyəm. 39 yaşım var, 40 yaşımda evlənəcəyəm”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR