Demet Akalın konsertində xoşagəlməz hadisə - Polis araşdıracaq

Kateqoriya məlum deyil
T
Türkiyəli müğənni Demet Akalın konserti zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Sfera.az xəbər verir ki, məlumata görə, tamaşaçılar arasında olan bir şəxsin sənətçiyə qarşı uyğun olmayan hərəkətindən sonra Akalın əsəbiləşib və mühafizəçilərə müdaxilə etmələri üçün göstəriş verib.
Konsertdən sonra mühafizəçilərə “Bunu götürün, polisə xəbər verdim” deyən Akalın hadisəyə sərt reaksiya göstərib. Müğənni həmin şəxsin bədəninə toxunduğunu da bildirib.
Hadisə ilə bağlı daha ətraflı hüquqi məlumat açıqlanmayıb.
İradə Elsevər
Açar sözlər:






