Elşad Xose: “Dirilmişəm!”

Elşad Xose: “Dirilmişəm!”
Kateqoriya məlum deyil
T

Bir müddət əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında müalicə aldığı iddia olunan reper Elşad Xosedən yeni xəbər var.

Sfera.az bildirir ki, prodüser Tarix Əliyev (Tolik) reperlə birlikdə video paylaşaraq onun hazırkı vəziyyəti barədə məlumat verib.

Tolik paylaşımında Elşad Xosenin hazırda vəziyyətinin yaxşı olduğunu və restoranların birində olduğunu deyib. Prodüser eyni zamanda çağırış edərək şadlıq evləri və məclislərə Elşad Xosenin də dəvət olunmasını istəyib.

Elşad Xose isə “Hər şey yaxşıdır, dirilmişəm” deyərək vəziyyətinin yaxşı olduğunu bildirib. Lakin yayılan video görüntülərdə reperin danışmaqda çətinlik çəkdiyi hiss olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR