Ledi Qaqa ilk dəfə ana oldu
Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub.
Sfera.az xəbər verir ki, 40 yaşlı sənətçi nişanlısı, biznesmen Maykıl Polanski ilə birlikdə ilk övladlarını dünyaya gətirib.
Məlumata görə, cütlüyün övladının adı, cinsi və doğum tarixi hələ açıqlanmayıb.
Ledi Qaqa və Maykıl Polanski bu günlərdə ABŞ-nin Kaliforniya ştatının şimalında gəzinti zamanı yeni doğulan körpələri ilə ilk dəfə görüntüləniblər. Fotolarda müğənninin körpəni sinəsinə yaxın tutduğu, Polanskinin isə onun yanında addımladığı görünür.
Cütlük şəxsi həyatlarını uzun müddətdir mediadan uzaq saxlamağa çalışır. Onların nişanlandığı 2024-cü ildə məlum olub.
Ledi Qaqa daha əvvəl verdiyi müsahibələrdə ana olmaq arzusundan danışıb. O, 2025-ci ildə "The New York Times" qəzetinə açıqlamasında gələcək övladlarına özlərini sərbəst şəkildə kəşf etmələri üçün imkan yaratmağın onun üçün vacib olduğunu bildirib.
Sənətçinin ana olması ilə bağlı xəbəri ilk olaraq ABŞ mediası yayıb, daha sonra digər mənbələr məlumatı təsdiqləyib. Müğənninin nümayəndələri isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İradə Elsevər






