Ən cavanının 80 yaşı var - FOTO

Ən cavanının 80 yaşı var - FOTO
Kateqoriya məlum deyil
T

Xalq artisti Şəfiqə Məmmədovanın bu gün Kinematoqrafçılar İttifaqının sədri seçilməsi Azərbaycanda yaradıcı ittifaqlara rəhbərlik edən şəxslərin yaşı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Məlum olub ki, ölkənin aparıcı yaradıcı təşkilatlarının rəhbərlərinin hamısının yaşı 79-dan yuxarıdır.

Sfera.az xəbər verir ki, Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anarın 88 yaşı var. Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov 82 yaşındadır.

s3a7ao4jt1.webp

Fotoda: Xalq yazıçısı Anar

Bu siyahıda yeni sədr seçilən Şəfiqə Məmmədovanın 81 yaşı var. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı var.

ldb51jmxk0.webp

Fotoda: Şəfiqə Məmmədova

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə isə 106 gün əvvəl ömrünün səksəninci baharına qədəm qoyub.

x1a8lyrvew.webp

Fotoda: Xalq artisti Firəngiz Əlizadə

Beləliklə, Azərbaycan Yazıçılar, Teatr Xadimləri, Kinematoqrafçılar, Rəssamlar və Bəstəkarlar ittifaqlarına rəhbərlik edən şəxslərin yaşları 80-88 arasında dəyişir. Bu şəxslərin hər biri uzun illər Azərbaycan mədəniyyəti və incəsənətinin müxtəlif sahələrində fəaliyyət göstərib./metbuat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR