"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi

"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
Kateqoriya məlum deyil
T

Aparıcı Elgiz Əkbər yutubdakı canlı yayım zamanı bəzi izləyicilərinə irad bildirib.

Sfera.az xəbər verir ki, aparıcı qeyri-etik və təhqiramiz ifadələr yazan şəxslərdən şikayət edəcəyini deyib. Elgiz hətta bir neçə izləyici ilə bağlı artıq polisə müraciət etdiyini bildirib.

“Hünəriniz var, yazın. Sizi süründürüm, görün. İçərisində yaşlı adamlar da var. Onun başına oyun açın. Mən bir yana, burada yaşlı insanlar, analar var. Nə ixtiyarınız var belə söyüş yazasınız? Tənqid lazımdır, vacibdir. Amma təhqir başqadır. Bizi polislə birgə çalışırıq ki, bu cür tərbiyəsiz insanlar sosial şəbəkədə yığışdırılsın” deyə, Elgiz bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR