"İdeal deyilik, bəzən mübahisə edir, inciyirik" - FOTOLAR

Xalq artisti Miri Yusif ailəsi ilə obyektiv qarşısına keçib.
Sfera.az xəbər verir ki, sənətçinin yeni fotolarında xanımı Nərgiz, oğulları Mir Hüseyn və Cahid, həmçinin qızı Adel yer alıb.
Sənətçinin xanımı Nərgiz ailə fotolarını sosial media hesabında paylaşaraq, çəkiliş zamanı yaşananlardan söz açıb:
“Bu fotolara baxanda hər şey çox sakit və harmonik görünür. Amma etiraf edim ki, elə bu çəkiliş zamanı belə bir neçə dəfə mübahisə etməyə, bir-birimizdən inciməyə də macal tapdıq. Ailə həmişə ideal kadrlar demək deyil.
Bəzən mübahisə edirik, bəzən inciyirik, bəzən bir-birimizi anlamaq üçün zamana ehtiyacımız olur. Əsas odur ki, bütün bunların sonunda yenə bir-birimizi eşidə, anlaya və sevgiyə qayıda bilək. Nə olursa-olsun, mənim üçün həyatda ən dəyərli olan ailəmdir. Hər halınızla sizi çox sevirəm, dəli ailəm”.











