Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi

Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni Nev reanimasiyaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, 57 yaşlı sənətçinin bir müddətdir xəstəxanada müalicə aldığı məlum olub.

Bildirilib ki, müğənninin şüuru açıqdır və müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Nevin hansı xəstəxanada müalicə aldığı və səhhəti ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, əsl adı Nevzat Doğansoy olan sənətçi 1968-ci ildə İstanbulda anadan olub. O, 1995-ci ildə "Chantage" qrupu ilə səhnəyə çıxmağa başlayıb.

Nev 2001-ci ildə yayımlanan "Her Şeye Rağmen" albomu ilə geniş auditoriyaya tanınıb. O, "Zor", "Sen Gibi" və "Işığım ve Gölgem" kimi mahnıları ilə məşhurlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR