Logo

"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı - FOTO

"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin tanınmış teatr və kino aktrisası, “Aşk-ı Memnu” serialında “Arsen Hanım” obrazı ilə yadda qalan Gülsen Tuncerin səhhətində ciddi problem aşkarlanıb.

Sfera.az xəbər verir ki, 81 yaşlı sənətçinin beynində ikinci dərəcəli şiş müəyyən edildiyi və xəstəliyi səbəbilə danışmaq və yazmaq qabiliyyətini itirdiyi bildirilib.

Hazırda müalicəsi davam edən aktrisanın vəziyyəti ilə bağlı xəbər sənət dünyasında və sosial mediada böyük üzüntü yaradıb.

Türkiyənin Film-San Vakfı sosial media hesabında Gülsen Tuncerin səhhəti ilə bağlı paylaşım edərək sənətçinin ağır xəstəliklə mübarizə apardığını açıqlayıb:

“Çox dəyərli aktrisa Gülsen Tuncerə Allahdan təcili şəfa diləyirik. Hazırda amansız bir xəstəliklə mübarizə aparır. Dualarımız onun üçün olsun”.

Açıqlamadan sonra sosial şəbəkələrdə Gülsen Tuncerə dəstək və tezliklə sağalması ilə bağlı çoxsaylı mesajlar paylaşılıb.

Uzun illər ərzində teatr tamaşalarında, filmlərdə və televiziya layihələrində rol alan Gülsen Tuncer Türkiyə sənət tarixinin tanınmış simalarından biridir. O, xüsusilə “Aşk-ı Memnu” serialındakı “Arsen Hanım” obrazı ilə geniş tamaşaçı auditoriyasının yaddaşında qalıb.

İradə Elsevər

Sfera.az

"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı - FOTO — foto 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR