Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”

Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
Kateqoriya məlum deyil
T

Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb.

Sfera.az xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edib ki, valideynləri həyatda olsaydı, bəlkə də bu gün olduğu qədər uğur qazana bilməzdi.

"Dünyanın ən xoşbəxt uşağı idim. Məktəbə də yolaverərək gedib-gəlirdim. 'Arxamda atam var' deyirdim. Ancaq boşluqlar yaranınca 20-li yaşlarda həyatda yalnız qaldım. Nəsə etməyə, yaratmağa məcburiyyətində idim. Öz 'Survivor'ım başlamışdı.

Çarəsizlik, yoxsulluq, tənhalıq - bunların hamısı insana həyatda qalmaq üçün əlavə güc verir. Bugünkü uğurumun sirri əslində həyatda yaşadığım tənhalıqdır", - deyə Ilıcalı bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR