Məşhur müğənni beşinci dəfə ana olacaq

Məşhur amerikalı müğənni Siyara beşinci övladını gözlədiyini açıqlayıb.
40 yaşlı sənətçinin bu övladı həyat yoldaşı, NFL ulduzu Rassel Vilson ilə dördüncü uşağı olacaq.
Sfera.az xəbər verir ki, Siyara xoş xəbəri sosial şəbəkə hesabında paylaşdığı video və fotolarla elan edib. Müğənni görüntülərdə böyüyən qarnını nümayiş etdirib. Paylaşımda həyətdə asılmış ağ köynəklərin arasında yeni doğulacaq körpə üçün nəzərdə tutulan kiçik geyim də diqqət çəkib. Siyara isə görüntülərin birində əlini qaldıraraq beş barmağını göstərib.
“Sevmək üçün daha bir insan”, – müğənni paylaşımında qeyd edib. Siyara və Rassel Vilsonun artıq üç övladı var. Müğənninin repçi Fyüçer ilə əvvəlki münasibətindən isə 12 yaşlı Fyüçer Zahir adlı oğlu dünyaya gəlib. Beləliklə, yeni körpə Siyaranın beşinci, Rassel Vilsonun isə dördüncü övladı olacaq.
Firuz






