Bülent Ersoy gündəmdən düşmür - FOTO

Türk sənət musiqisinin tanınmış siması Bülent Ersoy son günlər tez-tez gündəmə gəlir, onun hərəkətləri müzakilərə səbəb olur.
Sfera.az xəbər verir ki, Bülent Ersoy bir müddət əvvəl Kuşadasında keçirdiyi konsert zamanı yaşanan qalmaqalla gündəmə gəlmişdi.
Səhnəyə təxminən 1,5 saat gecikən sənətçi tamaşaçılardan birinin iradına sərt reaksiya göstərmişdi. Ersoy daha sonra gecikməsinin səhhəti ilə bağlı olduğunu açıqlamışdı.
Sənətçi bu dəfə isə iyul ayında etdirdiyi “Lolita estetikası”ndan sonra görünüşündəki dəyişikliklə diqqət çəkib.
Sənətçinin son görüntülərində barmağındakı təxminən 12 karatlıq brilyant olduğu deyilən üzüyü də diqqət çəkib. Çəhrayı sapfir və brilyantlardan ibarət olduğu ehtimal edilən üzük sosial mediada müzakirələrə səbəb olub.
İradə Elsevər







